"Demək olar ki, bərabər səviyyəli oyun keçdi. Rəqiblə turnir cədvəlində qonşu pillərdə gedirik. Bu mənada matçın gərgin keçəcəyi gözlənilən idi. 1 xal qazanmağı bacardıq. Düşünürəm ki, hesab normal oldu".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Zirə"nin yrımmüdafiəçisi Luis Alberto Diez deyib. İspaniyalı yarımmüdafiəçi Premyer Liqanın XI turunda "İnter"lə səfər heç-heçəsinə şərh verib:
"Bu futboldu. İstənilən nəticə ola bilər. Biz önümüzdəki oyunlara hazırlaşmağı daha məqsədəuyğun bilirik”.
"Tato" ləqəbli futbolçu fiziki cəhətdən heç bir probleminin olmadığınıbildirib: "İstənilən halda 90 dəqiqə oynamağa hazıram. Heç bir fiziki problemim yoxdur. Burda qərarları mən yox, məşqçilər korpusu verir. Nə vaxt 90 dəqiqə oynamağımı məsləhət bilsələr, böyük məmnuniyyətlə oynayaram".