İngiltərə Premyer Liqasında XI tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Turun mərkəzi oyununda "Çelsi" və "Liverpul" klubları üz-üzə gəliblər. Mourinyo-Klopp dueli kimi də qiymətləndirilən matçda mersisaydlılar 3:1 hesablı qələbə qazanıblar.
Liderlər "Mançester Siti" və "Arsenal" da turu qələbə ilə başa vurublar. "Şəhərlilər" evdə "Norviç"i, "topçular" isə səfərdə "Suonsi"ni məğlub ediblər.
Günün digər nəticələri isə bu cürdür:
İngiltərə Premyer Liqası
XI tur
31 oktyabr
“Çelsi” – “Liverpul” – 1:3
Qollar: Ramires, 4 – Koutinyo, 45, 74, Benteke, 83
“Kristal Palas” – “Mançester Yunayted” – 0:0
“Mançester Siti” – “Norviç” - 2:1
Qollar: Otamendi, 67, Ture, 89 (pen.) - Jerom, 83
“Nyukasl” – “Stok Siti” - 0:0
“Suonsi” – “Arsenal” – 0:3
Qollar: Jiru, 49, Kosielni, 68, Kempbell, 74
“Uotford” – “Vest Hem” - 2:0
Qollar: İqalo, 39, 48
"Vest Bromviç" – “Lester” - 2:3
Qol: Rondon, 30, Lambert, 84 (pen.) - Mahrez, 57, 65, Vardi, 77