Premyer Liqanın XI turunda "Qarabağ"ın qonağı olan AZAL 0:2 hesabı ilə uduzub. Sportarena.az xəbər verir ki, oyunla bağlı fikirlərini açıqlayan "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb:
"Qarabağ"la oyundan öncə futbolçularda həyəcan hiss edirdim. “Qarabağ”ın adından çəkinən futbolçularımda həyəcanı aradan qaldıra bilmədim. Məğlubiyyətə görə səhv məndədir. Hər halda, vaxt az olduğuna görə komandanı tam hazır edə bilmədik. “Qarabağ”ı təbrik edirəm. Biz isə “Kəpəz”lə oyuna hazırlaşacağıq. Açığı, biz müdafiə olunduq və səhvlərdən qollar buraxdıq. Səviyyə fərqi öz sözünü dedi".