"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" bu gün Almaniya bundesliqasında növbəti matçına çıxıb. Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi 11-ci turda səfərdə "Verder"lə qarşılıb.
Tomas Tuhelin komandası bu oyunda 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə ilə xalını 26-ya yüksəldən "Borussiya" ikinci pillədəki yerini qoruyub. "Bavariya" 31 xalla birinci, "Şalke" 20 xalla üçüncü pillədə qərarlaşıb.