"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsində Almaniyanın "Borussiya" komandası ilə Dortmundda keçirəcəyi IV tur matçı öncəsi şok itki ilə üzləşib. Sportarena.az "sportnet.az"a istinadən xəbər verir ki, qapıçı Dmitri Bezotosnı "Kəpəz"lə Azərbaycan Premyer Liqasının XI tur matçının əvvəllərində zədələnib.
O, Aleksandr Sıtnikin vurduğu qol epizodunda əzələsini dartıb. Ukraynalı qolkiper oyuna davam edə bilməyərək, tezliklə yerini David Petrjkeviçə verib. Bezotosnının zədəsinin ciddilik dərəcəsi hələlik məlum deyil.
Qeyd edək ki, "Qəbələ" "Borussiya"nın noyabrın 5-də qonağı olacaq.