"Zirə"nin futbolçusu: "Bizim məqsədimiz Premyer Liqada qalmaqdır"

11:59 1 Noyabr 2015

Dünən keçirilən "İnter" - "Zirə" matçından sonra qonaqları futbolçusu Nelson Bonilla Sportarena.az saytına müsahibə verib:

 

- Oyunla bağlı fikirlərin necədir?

- Çətin bir rəqiblə qarşılaşdıq. Azərbaycan futbolunda öz sözünü demiş bir komanda ilə onun meydanında mübarizə apardıq. Belə bir oyunda bir xal qazanmaq da yaxşıdır.

 

- Sizcə, nəticə oyuna görə oldu?

-  "İnter"lə eyni səviyyədə mübarizə apardıq. Hər iki komandanın qol epizodları oldu. Rəqibimiz avrokuboklara vəsiqə üçün mübarizə aparır. Biz isə Premyer Liqada qalmaq uğrunda yarışırıq. Hələ yeni komandayıq. Qarşıdakı oyunlara hazırlaşmaq lazımdır.

 

- Premyer Liqada qalmaq haqda danışdız. Amma qələbə qazansaydız, üçüncü pilləyə yüksələcəkdiniz...

- Hər şeydən öncə bizim Premyer Liqada qalmaq məsələmiz vacibdir. Biz debütantıq. Səfərdə qazanılan bir xal vacib idi və biz bunu bacardıq.

 

- Komandanızın avrokuboklara vəsiqə qazanması nə dərəcədə realdır?

- Əlbəttə biz avrokuboklarda mübarizə aparmaq istərdik. Amma dediyim kimi, bizim ilk öncə məqsədimiz Premyer Liqada qalmaqdır.

 

- Son oyunlardan fərqli olaraq, bu gün hücumda o qədər də fəal görünmürdüz...

- Milli komandadan qayıtdıqdan sonra öz üzərimdə daha çox işləməyə başlamışam. Əvvəlki formama qayıtmaq üçün bərpa prosesinə başlamışam. Gələcəkdə hər şey yaxşıya doğru dəyişəcək.

 

- İkinci hissədə komanda bir qədər ehtiyatlı oynamağa başladı...

- Bu, baş məşqçimizin verdiyi taktikiya görə idi. İkinci hissədə oyun daha çox meydanın mərkəzində gedirdi. Bəzi epizodlarımız olsa da, yararlana bilmədik.


Digər xəbərlər

Xəbər xətti