Azərbaycan Premyer Liqasının XI turunda keçirilən görüşdə “Kəpəz” “Qəbələ”ni səfərdə 2-1 hesabı ilə məğlub etdi.
Şahin Diniyev (“Kəpəz”in baş məşqçisi): “Oyun maraqlı keçdi. Qələbə qazanmasaydıq belə, mən bu sözləri deyəcəkdim. Oyundan öncə bildirmişdim ki, qarşılıqlı hücumlar baş tutacaq. Oyuna görə komandamla fəxr edirəm. Mənim ciddi dəyişikliklər etmək imkanım yoxdu. Sıx qrafikdə komandam qəhrəmancasına mübarizə apardı. Biz öz vaxtımızı gözlədik və qələbə qazandıq”.