Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə Dünya çempionatında uğurla iştirak edən idmançılarımız vətənə dönüblər.
Sportarena.az xəbər verir ki, H.Əliyev adına beynəlxalq hava limanında idmançılarımızı Komitə nümayyəndələri və azarkeşlər qarşılayıblar. Ölkəmizi təmsil edən paralimpiyaçılar İdmançılarımız dünya çempionatından ümumilikdə 6 medal və 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək paralimpiya oyunlarına 4 lisenziya ilə geri dönüblər.
İradə Əliyeva nizə atma idman növündə qızıl (Dünya rekordçusu- birbaşa lisenziya)
Kamil Əliyev uzunluğa tullanma idman növündə qızıl (birbaça lisenziya)
Elena Çebanu 100 m qaçışda gümüş (birbaşa lisenziya)
Elçin Muradov-gümüş (birbaça lisenziya)
Elena Çebanu 200 m qaçışda bürünc
Samir Nəbiyev disk atma idman növündə bürünc medallara sahib olublar.
Milli Paralimpiya Komitəsi 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək paralimpiya oyunlarına 11 lisenziya qazanmışdır.