"Xəzər Lənkəran"dan səfər qələbəsi, "Neftçi" "Sumqayıt"ı dayandırdı - YENİLƏNİB

22:55 2 Noyabr 2015

Bu gün Topaz Premyer Liqasında XI tura yekun vurulacaq. Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

Günün ilk oyunu Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası doğma publika önündə "Neftçi"ni qəbul edəcək. Samir Əliyevin gəlişi ilə uğurlu qrafik cızan "gənclik şəhəri"nin komandası "ağ-qaralar"ı da məğlub etməklə, qələbə seriyasını davam etdirmək arzusundadı. Samir Əliyevin komandası isə Sumqayıtda uğursuz seriyaya son qoymq üçün meydana çıxacaq.

 

Tura "Bayıl Arena"da yekun vurulacaq. Burada autsayder "Rəvan" "Xəzər Lənkəran"ı qəbul edəcək. Güc nisbəti baxımından eyni olan komandaların dueli də maraqla gözlənilir. Ötən tur evdə "Sumqayıt"a uduzan cənublular məğlubiyyətin acığını "Rəvan"dan çıxmaq niyyətindədir. Paytaxt təmsilçisi isə mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.

 

Topaz Premyer Liqası, XI tur

 

2 noyabr

 

19:00. "Sumqayıt" – "Neftçi" 1:2
Qollar:
Uğur Pamuk, 7 - Fəhmin Muradbəyli, 72, Ruslan Qurbanov, 77 (pen.)

Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev Mehdi Hüseynzadə adına şəhər stadionu

 

21:00. "Rəvan" – "Xəzər Lənkəran" 0:1
Qol:
Elnur Cəfərov, 79

Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
"Bayıl Arena"


Digər xəbərlər

Xəbər xətti