Millimizin sabiq üzvü üçün 90 dəqiqə

11:37 2 Noyabr 2015

Almaniyanın Şimal-Şərq Regional Liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu səfərdə "Oberlausits Noyqersdorf" ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti