Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəlində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, “Qəbələ” klubunun məktubunu nəzərə alan PFL “Qəbələ” – “İnter” görüşünün 7 noyabrda yox, 9 noyabrda keçirilməsinə qərar verib. Buna səbəb “Qəbələ” klubunun 5 noyabr tarixdə Avropa Liqasının qrup mərhələsində “Borussiya Dortmund” klubuna qarşı keçirəcəyi matçdır.
Eyni zamanda, canlı yayımla əlaqədar olaraq “Zirə” – “Sumqayıt” görüşünün 6 noyabrda deyil, 7 noyabrda keçirilməsi rəsmiləşib.