Bezotosnının son durumuna ayınlıq gəldi

17:28 2 Noyabr 2015

Topaz Premyer Liqasının XI turu çərçivəsində "Kəpəz"ə qarşı oyunun əvvəlində zədələnərək əvəzlənmək məcburiyyətində qalan "Qəbələ"nin qapıçısı Dmitri Bezotosnının durumuna aydınlıq gəlib. Sportarena.az xəbər verir ki, bu gün tibbi müayinədən keçən qolkiperin zədəsinin ciddi olmadığı üzə çıxıb.

 

Ukraynalı qapıçı iki həftə komandasına kömək edə bilməyəcək. Belədə, o, Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçiriləcək Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə səfər oyunu ilə yanaşı, Premyer Liqanın 12-ci turunda "İnter"lə görüşü də buraxmalı olacaq.


Digər xəbərlər

Xəbər xətti