"Bürünc"ün 1 addımlığında dayandı

17:51 2 Noyabr 2015

Portuqaliyanın Lole şəhərində batut gimnastikası və tamblinq üzrə bu ulin son Dünya Kuboku mərhələsi başa çatıb. Sportarena.az xəbər verir ki, bu yarışlarda dünyanın təxminən 150-yə yaxın idmançısı iştirak edib.

 

Kubokda Azərbaycan batut gimnastikası üzə yarışlarda həm kişi, həm də qadınlar arasında fərdi və sinxron çıxışlarda təmsil olunub.

 

Ən yaxşı nəticəni İlya Qrişunin göstərib. O, kişilər arasında fərdi çıxışlar üzrə finalda “bürünc"ün bir addımlığında dayanıb. Svetlana Makştarova isə qadınların yarışlarında finalçılar səkkizliyini qapayıb.

 

Kişi və qadın cütlüyümüz sinxron çıxışların finalında iştirak edib. Nəticədə İlya Qrişunin və Oleq Piunovdan ibarət kişi cütlüyü 6-cı, qadın cütlüyü – Svetlana Makştarova və Sabina Zaytseva - isə 7-ci yerdə qərarlaşıb.

 

Dünya Kuboku ilə parallel olaraq, Lole həmçinin beynəlxalq turniri qəbul edib. Burada gimnast Dmitriy Fedorovski ikili mini-batut üzərində yarışlarda bürünc medal qazanıb.

 

Xatırladaq ki, bu batutçu və tamblinqçilərin 26-29 noyabr tarixlərində Odense şəhərində (Danimarka) keçiriləcək Dünya Çempionatı öncəsi son turniri idi.


Digər xəbərlər

Xəbər xətti