“Oyundan öncə çox şey yazıldı. Amma hər şey meydançada həll olunur və siz necə gərgin mübarizənin getdiyini gördünüz".
Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Biz bir neçə oyundur ki, qələbə qazana bilmirdik. Sumqayıt səfərində qazanılacaq 3 xal bizə hava və su kimi lazım idi. İlk hissədə hesabda geri olsaq da, ikinci hissədə dönüş edə bildik".
S.Əliyev bildirib ki, futbol səhvlər üzərində qurulub: "Bundan öncəki oyunlarda səhvlər etdik, məğlub olduq. Səhv olmalıdır ki, top da qapıdan keçsin”.