Samir Abasov: "Futbolçular məhz belə oyunlarda "bişirlər"

22:32 2 Noyabr 2015

"Oyun başa çatdıqdan sonra futbolçulara öz razılığımı bildirdim. Bu istəklə işləsək arzuladığımız oyunu sərgiləyəcəyik. Futbolçulara təşəkkürümün həddi-hüdudu yoxdur. Hər bir oyunçu qələbə üçün can qoydu, qalibiyyət üçün döyüşdü".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

 

"Xəyal Nəcəfov oyuna daxil olanda ona tapşırıq vermişdim. Bildirmişdim ki, rəqibin cərimə meydançasında oynasın. Gənc futbolçunu oyuna buraxmaq risk ola bilər. Amma futbolçular məhz belə oyunlarda “bişirlər”. Matçın sonundakı epizodla bağlı heç nə deyə bilməyəcəyəm. Çünki hadisə yerinə uzaq idim. Penalti tələb edən Vurğun Hüseynovdan isə heç nə soruşmamışam. Çünki bunun əhəmiyyəti yoxdur. Biz məğlub olduq, “Neftçi” qalib gəldi. Rəqibi təbrik edirəm" - deyə o bildirib.


Digər xəbərlər

Xəbər xətti