"Rəqib oyunçu Tounkaranı vurdu" - Yunis Hüseynov

23:28 2 Noyabr 2015

"Ötən tur məğlub olmağımıza baxmayaraq, qol imkanlarımız olmuşdu. Bu oyuna da qələbə üçün çıxmışdıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov deyib. O, Premyer Liqanın XI turunda "Rəvan" üzərində səfər qələbəsini şərh edib:

 

"Matçın ilk dəqiqələrində Skarlatake zədələndi. Heyətin 99 faizi gənc futbolçulardan təşkil olunub. Tounkara zədədən yeni qayıdıb və yenidən zədələnməkdən qorxur. Rəqib oyunçu Tounkaranı vurdu. Məqsəd Tounkaranı hirsləndirmək idi. Sonda mənə elə gəldi ki, hakim əlavə vaxtı çox oynatdı. Buna bir az etiraz etdim. Qarşıda çətin oyunlarımız var. Həmin görüşlərə hazırlaşacağıq".


Digər xəbərlər

Xəbər xətti