"Biz ağıl ilə yox, emosiya ilə oynadığımıza görə 3 xalı rəqibə hədiyyə etdik. Oyunumuz heç xoşuma gəlmədi".
Sportarena.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib. O, Premyer Liqanın XI turunda "Xəzər Lənkəran"a 0:1 hesablı məğlubiyyətə bu cür don geyindirib:
"Xəzər Lənkəran" məğlub ediləsi rəqib idi. Sadəcə, rəqibin fiziki durumu yaxşıdır, futbolçuları çox qaçır. Mənə bir az zaman lazımdı. Futbolçu konkret olaraq qarşıya qoyulan tələbləri yerinə yetirməldir. Çox şeyi dəyişməliyik".