Millimizin üzvü oynadı, komandası xal itirdi

10:22 3 Noyabr 2015

Almaniya II Bundesliqasında 13-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" son turda səfərdə "Nürnberq"in qonağı olub.

 

Ötən turda qələbə qazanan "Karlsrue" bu görüşdən 3 xalla ayrılmaq niyyətində idi. Lakin Nazarovun komandası rəqibin müqavimətini qıra bilməyib. Bu görüşdə qapılara qol vurulmayıb. Start heyətində meydana çıxan Nazarov 83-cü dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, "Karlsrue" klubu 13 turdan sonra 16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti