Azərbaycanlı futbolçu Azərbaycana qarşı

10:36 3 Noyabr 2015

"Avro-2017"nin seçmə mərhələsində 21 yaşadək futbolçulardan ibarət yığmamızın rəqibi olan Rusiya millisinin heyəti açıqlanıb. Sportarena.az xəbər verir ki, şimal qonşumuzun baş məşqçisi Dmitri Xomuh qarşıdakı iki oyunda 23 futbolçuya güvənəcək.

 

Xomuhun dəvət göndərdiyi futbolçular arasında "Rubin"də çıxış edən əslən azərbaycanlı Ramil Şeydayev də var.

 

Qeyd edək ki, seçmə mərhələ çərçivəsində noyabrın 12-də Farer adaları ilə qarşılaşacaq Rusiya yığması 5 gün sonra Bakıda millimizin qonağı olacaq.

 

Qapıçılar: Anton Mitryuşkin (“Spartak”), İqor Obuxov (“Zenit”), Aleksandr Selixov (“Amkar”) olacaq.

Müdafiəçilər: Vyaçeslav Karavayev (“Yablonets”), Yevgeni Kirisov (“Domodedovo”), Vitali Lıstsov (“Benfika”), Mixail Merkulov (“Baykal”), Camaldin Xocaniyazov (“Orxus”), Nikita Çernov (MOİK), Vasili Çerov (“Krasnodar”), Denis Yakuba (“Kuban”).

Yarımmüdafiəçilər: Dmitri Barinov, Sergey Makarov, Aleksey Mirançuk (hamısı “Lokomotiv”), Aleksey Qasilin (“Şalke”), Aleksandr Qolovin (MOİK), Ayaz Quliyev, Konstantin Saviçev (hər ikisi “Spartak”), Mixail Zemskov (“Şinnik”), Vladislav Levin, Aleksandr Taşayev (hər ikisi “Dinamo”).

Hücumçular: Andrey Panyukov (“Ayaçço”), Ramil Şeydayev (“Rubin”).


Digər xəbərlər

Xəbər xətti