Premyer Liqanın 11-ci turunun son matçında "Rəvan"ı məğlub edən "Xəzər Lənkəran" qələbəyəçox sevinə bilməyib.
Sportarena.az xəbər verir ki, cənub təmsilçisi bu matçda ciddi itki ilə üzləşib. "Ağ-yaşıllar"ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake oyun zamanı zədələnərək meydanı tərk edib. Onu Zaman Mirzəzadə əvəz edib.
Təcrübəli futbolçunun hansı müddətə sıradan çıxdığı hələ məlum deyil.