"Neftçi"də kapitan ŞOKU

11:45 3 Noyabr 2015

Premyer Liqanın XI turu çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" (1:2) matçında qonaqların kapitanı Aqil Məmmədov sarı vərəqə alaraq cəzalı duruma düşüb.

 

Sportarena.az xəbər verir ki, bu, onun cari mövsümdə 4-cü sarı vərəqəsi olduğundan növbəti turda "Rəvan"la matçı buraxmalı olacaq.

 

Qeyd edək ki, "Neftçi" - "Rəvan" matçı noyabrın 8-i saat 18:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti