"Xəzər Lənkəran"da 2 günlük istirahət

12:55 3 Noyabr 2015

Premyer Liqanın XI turunun səfər matçında “Rəvan” üzərində minimal hesablı qələbəyə sevinən “Xəzər Lənkəran” sərbəst buraxılıb. Sportarena.az xəbər verir ki, "ağ-yaşıllar" iki gün ərzində istirahət edəcək.


Cənublular həftənin cümə axşamı, noyabrın 5-də doğma şəhərdə bir araya gələrək, klubun bazasında iki günlük hazırlıq keçəcək.


Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XII turunda “Qarabağ”ı qəbul edəcək. Ayının 8-də klubun mərkəzi stadionunda baş tutacaq görüş saat 16:00-da start götürəcək. (12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti