Azarkeşlər "Xəzər Lənkəran"ı ziyana saldı

13:47 3 Noyabr 2015

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

 

Premyer Liqanın XI turunun “Sumqayıt” – “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub

 

“Rəvan” – “Xəzər Lənkrəran” matçının 80-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti