Azərbaycan futbolunda biabırçılıq: Meydanı özbaşına tərk etdilər, 2 dəqiqə sonra qayıtdılar

14:12 3 Noyabr 2015

AFFA İntizam Komitəsinin bu günkü iclasında I Divizionun VII turunun oyunları da müzakirə olunub. Sportarena.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

“Mil-Muğan” – “Turan Tovuz” matçının 60-cı dəqiqəsində “Mil-Muğan” klubunun 9 №-li futbolçusu Elxan Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

“Göyəzən” – “Şəmkir” matçında “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində “Göyəzən” klubu meydançanı özbaşına tərk edib və 2 dəqiqə sonra geri qayıdıb. Oyunun yenidən bərpa olunmasına baxmayaraq klub 1000 manat cərimə olunur. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq.

 

“Bakı” – “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

“Energetik” – “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

 

“Bakılı” – “Zaqatala” matçının 89-cu dəqiqəsində “Zaqatala” klubunun 18 №-li futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti