"Neftçi İdman Klubu"nun üzvləri Fransada bürünc medal qazandı

14:25 3 Noyabr 2015

Fransanın Orlean şəhərində qılıncoynatma üzrə Avropa klubları arasında komanda yarışı keçirilib. Sportarena.az xəbər verir ki, turnirdə ölkəmizi "Neftçi İdman Klubu”nun sablyaçıları təmsil edib.

 

Səbinə Mikina, Fatimə İbrahimova, Sevil və Sevinc Bünyatova bacılarından ibarət dördlük yarımfinala kimi uğurla irəliləyib. Belə ki, 1/4 finalda İngiltərənin “London” klubunu 45:31 hesabı ilə məğlub edən qılıncoynadanlarımız finala gedən yolda Polşanın “Varşava” ilə üz-üzə gəliblər. Lakin təmsilçimiz rəqibinə 40:45 hesabı ilə uduzub.

 

Nəticədə komandamız Fransanın “Metro” klubu ilə birgə bürünc medala yiyələnib.


Digər xəbərlər

Xəbər xətti