Xorvatiyanın oyunu azərbaycanlı hakimlərə tapşırıldı

15:47 3 Noyabr 2015

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda noyabrın 11-də keçiriləcək Xorvatiya – San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

 

Sportarena.az xəbər verir ki, onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq.

 

Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti