“Çox çətin oyun oldu. Hesabda geridə qalsaq da, əzmkar qələbə qazana bildik”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Antonio Salas Kuinta deyib. Anyete kimi tanınan legioner Topaz Premyer Liqasının XI turunun “Sumqayıt”la oyunu (2:1) haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Ruslan Qurbanovun penalti zərbəsindən vurduğu qola sevinirəm. Ümid edirəm ki, bu oyun bizim üçün dönüş nöqtəsi olacaq”.