“Neftçi”nin hücumçusu Fəhmin Muradbəyli Premyer Liqanın XI turunda "Sumqayıt" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib. Sportarena.az xəbər verir ki, bərabərlik qoluna imza atan gənc futbolçu klubun rəsmi saytına açıqlamasında azarkeş amilini vurğulayıb:
"Göstərdik ki, yaxşı komandayıq, birliyimizi nümayiş etdirdik. Xüsusi olaraq, azarkeşlərə minnətdarıq, onlar bu oyunu görmək üçün uzun yol gəliblər. Daha çox çalışıb, onları gələn matçlarda da sevindirmək istəyirik”.