Yığmamız Afrikaya gedir

17:06 3 Noyabr 2015

Cüdo üzrə Azərbaycan millisi Afrika açıq çempionatına qatılacaq. Sportarena.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Peter Zayzenbaher noyabrın 7-8-də Mavrikinin paytaxtı Port-Luidə keçiriləcək reytinq xarakterli yarışda əsasən gənclərə güvənəcək.

 

Avstriyalı mütəxəssis yığmamızın əsas üzvləri Tərlan Kərimov (66 kq), Kifayət Qasımova (57 kq) və Uşanqi Kokuari (+100 kq) ilə yanaşı, daha gənc və perspektivli Oruc Vəlizadə (60 kq), İsmayıl Piriyev, Fəqan Quluzadə (hər ikisi 73 kq), Abdulhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məhəmədəli Mehdiyev, Rüstəm Alimli (hər ikisi 90 kq), Aişə Qurbanlı (48 kq) və Xanım Hüseynovanı (63 kq) bu turnirdə sınamağı qərara alıb.

 

Qeyd edək ki, Afrika açıq çempionatına 55 ölkədən 246 cüdoçu qatılacaq.


Digər xəbərlər

Xəbər xətti