Azərbaycan Velosiped İdmanı Federasiyasının 2015-ci il üçün təqvim-planına uyğun olaraq, Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün bağlanış yarışı keçirilib. Sportarena.az xəbər verir ki, 3 yaş qrupu üzrə təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 60-dan artıq idmançısı iştirak edib.
15 yaşadək idmançılar arasında ən yaxşı nəticə göstərən 8 saylı İdman Olimpiya Məktəbinin üzvü David Proherkus 1-ci yeri tutub. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin velosipedçisi Bakir Dadaşov 17 yaşadək velosipedçilərin mübarizəsində hamını qabaqlayıb. Gənclər, U-23 və Elit kateqoriyasında isə "Lokomotiv" klubunun nümayəndəsi Kərim Şirəliyev mövsümün son yarışını qələbə ilə başa vurub.