Dodo: "Necə ki, 8-ci saniyədə "Xəzər Lənkəran"ı məyus etmişdim"

21:12 3 Noyabr 2015

"Bu oyunda qalib gəlməliyik. Bütün futbolçular kimi mən də qələbə qazanmaq istəyirəm. Düzdür, rəqib çox güclüdür və onlara qarşı oynamaq çətin olacaq".

 bunu "Qəbələ"nin futbolçusu Dodo deyib.

Avropa Liqasının qrup mərhələsində səfərdə Almaniya "Borussiya"sı (Dortmund) ilə görüş haqda danışan braziliyalı futbolçu bunları bildirib: "Rəqib Çempionlar Liqasında da oynayıb. Çətin olsa da, Almaniyaya qalib gəlmək düşüncəsi ilə gedirik. İmkanım olarsa, ilk dəqiqədən qol vuraram. Necə ki, 8-ci saniyədə "Xəzər Lənkəran"ı məyus etmişdim. Tez qol vursaq, bu, oyunda dəyişiklik yaradacaq. Premyer Liqanın son iki oyununda iştirak etmirəm. Məşqçi bizim üçün "Borussiya"nı analiz edib. Hələlik hansı taktika ilə oynamağımızı seçməmişik. Psixoloji gərginliyimiz yoxdu. Bu, futboldu. Məğlub da ola bilərsən, qalib də. Bütün komanda yoldaşlarıma inanıram".

Qeyd edək ki, "Borussiya" - "Qəbələ" qaşrılaşması noyabrın 5-də keçiriləcək. Oyun Bakı vaxtilə saat 22:00-da start götürəcək.(report)


Digər xəbərlər

Xəbər xətti