Azərbaycanlı voleybol hakimi Zaur Hacıyev beynəlxalq oyuna təyinat alıb.
Avropa Voleybol Konfederasiyasının (CEV) təyinatına əsasən həmyerlimiz türkiyəli Mehmet Demirdelen ilə birgə “Ximik” (Ukrayna) – “Nant” (Fransa) oyununu idarə edəcək.
CEV kuboku yarışlarının onaltıdabir final mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək qarşılaşma noyabrın 10-da Ukraynada oynanılacaq.
Fransada təşkil olunan ilk görüşdə isə “Nant” 3:2 hesabı ilə qələbə qazanmışdı.