Premyer Liqasının XI turunda səfərdə "Rəvan"a minimal hesabla qalib (1:0) gələn “ Xəzər Lənkəran” sabah hazırlıqlara başlayacaq. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda “ Rəvan” üzərindəki qələbədən sonra iki günlük istirahəti başa vurub Lənkəranda məşqlərinə start verəcək.
Bu arada son matçda zədələnərək oyunu erkən tərk edən Adrian Skarlatakenin durumu bəlli olub. Təcrübəli futbolçu “sol ayağın diz nahiyəsi arxa bağlarının qopması” ilkin diaqnozu ilə iki aylıq sıradan çıxıb. Belə də son həftə ərzində Orxan Əliyevdən sonra ikinci oyunçu əməliyyat olunacaq.
Uzun müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanov isə sabahdan etibarən fərdi məşqlərə başlayacaq.
Xatırladaq ki, “ Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının 12-ci turunda “ Qarabağ”la qarşılaşacaq.