Gürcüstan klubu Azərbaycan çempionatında mübarizə aparacaq

14:12 4 Noyabr 2015

Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqası noyabrın 6-da start götürəcək. Sportarena.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, çempionatda 6 komanda mübarizə aparacaq.

 

Bunlar Azərbaycanı Avrokuboklarda təmsil edən "Telekom", "Azərreyl", "Lokomotiv" və "Azəryol"dan başqa, gənclərdən ibarət yığma və Gürcüstanın "Tbilisi" klubudur.

 

İlk tura saat 15:00-da "Tbilisi" - Gənclər matçı ilə start veriləcək. Bu oyunun ardından açılış mərasimi keçiriləcək. Saat 17:30-da "Lokomotiv" - "Telekom", saat 19:30-da isə "Azərreyl" - "Azəryol" matçları olacaq. Qarşılaşmalar "Azərreyl" İdman Bazasında oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti