Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Metallurq" (Zaporojye) klubu adı rüşvət qalmaqalında hallanır. Sportarena.az xəbər verir ki, bu komandanın kapitanı Vitali Lisitskoqonun 11-ci turda qarşılaşdıqları "Çernomorets"lə oyunu rəqibə satdığı iddia olunur.
Bunu hətta komandanın gənc futbolçuları da iddia ediblər. Onlar təcrübəli komanda yoldaşlarının matç ərzində anlaşılmaz hərəkətlər etdiyini bildiriblər.
Maraq üçün qeyd edək ki, Pavel də sözügedən görüşdə 90 dəqiqə meydanda olmuşdu.