"Əl-Şaariviyə qarşı oynamaq çox çətindir" - Maksim Medvedev

17:04 4 Noyabr 2015

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. Son oyunda hiss etdik ki, “Monako” kimi rəqiblə başabaşa mübarizə apara bilirik. Sabah azarkeşlərimizi maraqlı oyun gözləyir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedyev deyib. Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah qarşılaşacaqları "Monako" ilə oyunöncəsi keçirilən mətbuat konfransında danışan futbolçu Rəqibin heyətində Stefan Əl-Şaaravini fərqləndirib:

 

"Müdafiəçi olaraq rəqibin hücum xəttini qeyd etməliyəm. Əl-Şaaravi ilə üçüncü dəfə qarşılaşacam. Ona qarşı oynamaq çox çətindir. Ancaq biz komanda şəklində oynayırıq. İnanıram ki, komanda yoldaşlarım da məni tək qoymayacaq. Belə futbolçuya qarşı oynamaq mənə də zövq verir".

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti