"Artıq ikinci dəfədir ki, Bakıda oluram. Sabahkı oyuna yüz faiz hazırıq. Çalışacağıq ki, qələbə qazanaq. Ancaq qarşımızda güclü komanda var. Bunu xüsusi qeyd etməliyəm".
Sportarena.az xəbər verir ki, bu sözləri "Monako"nun futbolçusu Stefan Əl-Şaaravi Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı futbolçu azarkeşlərin dəstəyi sayəsində "Qarabağ"ın da qələbə qazana biləcəyini istisna etməyib: "Qarabağ" sabah doğma azarkeşləri önündə oynayacaq. Rəqib azarkeşlərin dəstəyi sayəsində qələbə də qazana bilər. “Qarabağ”la ilk oyundan sonra bəlli oldu ki, rəqib güclü komandadır".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.