“Rəqibin əsasən orta xətt oyunçuları güclüdür. Sabahkı oyunda da dəyişiklik olacağını gözləmirəm”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Monako”nun baş məşqçisi Leonardo Jardim Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçirilən oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
- Bukmeker kontorlarına pul qoymalı olsanız, hansı komandanın qələbəsini yazardınız?
- Hər iki komandanın qələbəsinə pul qoymaq olar. Ancaq indidən nəsə demək olmaz. Biz qrupda yerimizi qorumaq üçün qələbə qazanmalıyıq.
- Hiss olunur ki, “Qarabağ”dan çəkinirsiniz. Məğlub olacağınızdan ehtiyatlanırsınızmı?
- “Qarabağ”ın “YanqR Boyz”la oyununu izləmişik. Bilirik ki, güclü rəqibə qarşı oynayacağıq. Rəqib sabah öz ölkəsində oyun keçirəcək. Bu, bizə çətinlik yaradacaq. Amma biz qrupdan çıxmaq istəyirik. Buna görə də meydana qələbə üçün çıxacağıq.