"Qarabağ" rəhbərliyi Avroliqanın qrup mərhələsinin IV turu çərçivəsində "Monako" ilə görüşdə azarkeşlərə sürpriz edəcək. Sportarena.az xəbər verir ki, Ağdam klubu fanatlara Azərbaycan bayraqları paylayacaq.
VİP sektorda əyləşənlərdən tutmuş mətbuat işçilərinə kimi hər kəs kiçik bayraqlarla təmin olunacaq.
Həmin bayraqlar oyundan sonra yığılmayacaq. Yəni, hər kəsin bayrağı özündə qalacaq.