“Borussiya” ilə keçirdiyimiz oyunu unutmuşuq"

22:03 4 Noyabr 2015

“4 il bundan əvvəl “Borussiya” ilə keçirdiyimiz oyunu unutmuşuq. Həmin vaxt yaxşı mübarizə aparmışdıq”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək Azərbaycan təmsilçisi oyunun hazırlığını bu gün yekunlaşdıracaq.
 
Matçdan öncə keçirilən mətbuat konfransında iştirak edən Sadiqov sabahkı görüşlə bağlı fikirlərini bölüşüb: “Borussiya”nın gözəl azarkeşləri var. Bu cür azarkeşlər qarşısında oynamaq hər bir futbolçu üçün fəxrdi”.
 
- “Neftçi”nin heyətində İtaliya “İnter”inə qol vurmuşduz, halbuki həmin vaxt heç kim komandamızdan yaxşı nəticə gözləmirdi. Bu dəfə də qol vura biləcəksizmi?
- “Neftçi” ilə “İnter”lə matçda imza atdığımız 2:2 hesabını burda da reallaşdıra bilərik. Komandamızda özünəinam var. Sadəcə, Avroliqada hələ ki, qələbə qazana bilməmişik. Məncə, istəklə, həvəslə oynasaq, “San Siro”dakı kimi burda da 2:2 hesablı heç-heçə edə bilərik. Niyə də olmasın? Əlimizdən gələni edəcəyik.

Apasprot


Digər xəbərlər

Xəbər xətti