"Borussiya"nın baş məşqçisi: “Qəbələ” ilə oyuna çox ciddi yanaşırıq”

22:30 4 Noyabr 2015

“Çalışacağıq ki sabah ən yaxşı oyunumuzu göstərək. “Qəbələ” ilə oyuna çox ciddi yanaşırıq”.

Bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel deyib.
 
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qəbələ” sabah Dortmundun “Borussiya” klubu ilə qarşılaşacaq.
 
Matçdan öncə almanların çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb: “Heyətdə ən yaxşı oyunçular yer alacaqlar. Bakıdakı oyunda ilk 15 dəqiqədə rəqib bir neçə dəfə qol vurmaq üçün şans yaxaladı, çalışacağıq ki, sabahkı qarşılaşmada onlara o şansı verməyək”.
 
Alman mütəxəssis yerli jurnalistlərin “Qəbələ” adətən 8 min adam qarşısında çıxış edir, sabah 55 min azarkeş önündə necə oynayacağını düşünürsünüz?” sualına maraqlı cavab verib: “Ola bilsin ki, 55 min azarkeş qarşısında oynamaq “Qəbələ”yə daha çox stimul versin. Çünki onlar necə oynadıqlarını daha böyük publikaya nümayiş etdirmək istəyəcəklər”. Apasport


Digər xəbərlər

Xəbər xətti