Bu gün Avropa Liqasının qrup mərhələsində IV tura start veriləcək. Sportarena.az xəbər verir ki, təmsilçilərimizdən "Qarabağ" da növbəti sınağına çıxacaq.
Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda "Monako"nu qəbul edəcək. Fransada rəqibinə minimal hesabla (0:1) uduzan Qurban Qurbanovun komandası doğmaazarkeşləri önündə qələbə qazanmağa çalışacaq.
"Qarabağ" qalib gələcəyi təqdirdə hətta liderliyə də yüksələ bilər. Bunun üçün qrupun digər matçında bərabərlik qeydə alınmalıdır.
Avropa Liqası, qrup mərhələsi, IV tur
5 noyabr
J qrupu
20:00. “Qarabağ” (Azərbaycan) – “Monako” (Fransa) 1:1
Qollar: Samuel Armenteros, 39 - Kavalyero, 72
Baş hakim: Pavel Kristian Balay
Hakim köməkçiləri: Mihay Ovidiu Artene, Valentin Qabriel Avraam (hamısı Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Komandalar |
Q |
Xal |
|||||
---|---|---|---|---|---|---|---|
1. |
Monako (Fransa) |
4 |
1 |
3 |
0 |
4:3 |
6 |
2. |
Tottenhem (İngiltərə) |
3 |
1 |
1 |
1 |
5:4 |
4 |
3. |
Anderlext (Belçika) |
3 |
1 |
1 |
1 |
3:3 |
4 |
4. |
Qarabağ (Azərbaycan) |
4 |
1 |
1 |
2 |
3:5 |
4 |