Azərbaycanlı həkimlər Toni Adamsın həyatını necə xilas etdi?

11:16 5 Noyabr 2015

"Qəbələ"nin məşqlərindən birində sinəmdə ağrılar hiss elədim. Təcili Bakıya gətirildim və klinikaların birində əməliyyata alındım. Ürəyimdə angioplastika əməliyyatı edildi".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin idman direktoru Toni Adams deyib. İngiltərə mətbuatına danışan mütəxəssis səhhəti ilə bağlı üzləşdiyi problemdən danışıb:

 

"Azərbaycanlı cərrah o qədər gözəl və dəqiq iş görmüşdü ki, hətta mənim Britaniyadakı kardioloqum belə buna heyran olmuşdu. Tam əminliklə deyə bilərəm ki, kardioloq-cərrah Üzeyir Rəhimov və onun komandası olmasaydı, həyatımı xilas etmək çox çətin olacaqdı. Təxirəsalınmaz əməliyyat sayəsində hazırda həyatdayam”.


Digər xəbərlər

Xəbər xətti