"Kəpəz"in səfər oyunlarını izləmək istəyən Gəncə azarkeşləri üçün avtobus ayrılmayacaq. Sportarena.az xəbər verir ki, bu barədə "Kəpəz" Müstəqil Fan Klubu nun rəhbəri Elmar Eliyev məlumat verib.
Onun sözlərinə görə, Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində Bakıda keçirələcək AZAL - "Kəpəz" oynuna paytaxtda rayon nömrəli maşınların və avtobusların buraxılmaması nəticəsində azərkeşlər üçün bu məsələ öz həllini tapana kimi avtobus ayrılmayacaq.
Qeyd edək ki, AZAL – “Kəpəz” oyunu noyabrın 7- də saat 16:30-da başlayacaq.