Sevgilisinin hakimlik etdiyi futbol oyununu izləməyə gələn xanım sürpriz evlilik təklifi ilə qarşılaşıb. Sportarena.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində hakimin oyun bitər-bitməz etdiyi evlilik təklifi ölkə mediasında xəbər başlığına çevrilib.
Plana əsasən, Göktuğ Kutlu sevdiyi xanım Leylanı özünün hakimlik etdiyi futbol oyununu izləməyə dəvət edir. Futbol oyunu bitdikdən onra isə Leyla gözləmədiyi vəziyyətlə üzləşir. Göktuğ tərəfindən yaşıl meydançaya dəvət olunan qıza həzin romantik mahnı sədaları altında evlilik təklif olunur. Sevgilisinin qarşısında diz çökən oğlan qutunun içindən çıxardığı üzüyü qıza uzadaraq bir ömür mənimlə yaşamağa hazırsanmı sualını verir. Sual qarşısında şoka düşən qızın isə bir müddət sanki dili ağzı quruyur.
Təəccübünü gizlədə bilməyən qız sevgilisinə “yaxşı ki həyatımda varsan” deyərək evlilik təklifini qəbul edib və onların bu qərarı azarkeşlərin də alqışını qazanıb.