"Qarabağ"la fəxr edirəm" - Tahir Gözəl

22:43 5 Noyabr 2015

"Oyunu qazansaydıq, qrup lideri olacaqdıq. Lakin, alınmadı. Buna baxmayaraq, mən "Qarabağ"la fəxr edirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib. O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Monako" ilə 1:1 hesablı heç-heçəyə şərh verib:

 

"Möhtəşəm oyun sərgilədik. Nəzərə almaq lazımdır ki, rəqib Avropanın adlı-sanlı klublarından biridir. Nəticəyə baxmayaraq, bizim hələ də şansımız var. Biz bu gün gördük ki, "Qarabağ" əsl Avropa klubudur. Mən bu oyuna görə deyə bilərəm ki, bu gün biz 3 xal itirdik. Buraxdığımız qolda sadəcə bəxt amili bizdən üz döndərdi".


Digər xəbərlər

Xəbər xətti