"Gərgin oyun oldu. İki eyni oyun üslublu komanda qarşılaşırdı. Matça qələbə üçün çıxmışdıq. Lakin 3 xalı əldən verdik."
Bu sözləri sportarena.az-a açıqlamasında avroliqanın qrup mərhələsində "Monako" ilə 1:1 hesablı sülh bağlayan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib:
"Oyunda agresiv idim. Bunun səbəbi futbolçuların da aqresiv olmasını istəməyim idi. "Monako" kimi güclü komandanın müdafisini yarmaq çox çətin idi.
Stadionun qazonunun bizə mane olduğunu deyə bilmərəm. Hakim də təcrübəli hakim idi. "Monako"nun adına aldanıb yanlış qərarlar vermədi."