"Əlimizdən gələni etdik. Ancaq 1 xalla kifayətlənməli olduq."Monako" kimi komandaya uduzmadıqsa, bu özü belə uğur sayıla bilər."
Bu sözləri sportarena.az-a açıqlamasında avroliqanın qrup mərhələsində "Monako" ilə 1:1 hesablı sülh bağlayan "Qarabağ"ın futbolçusu Qara Qarayev deyib:
Əgər qol vurulursa burda hamının günahı var. Rəqibin çox güclü futbolçuları var. Hər hansı bir səhvi bağışlamırlar. Bizim də şanslarımız oldu qol vurmaq üçün amma çoxundan istifadə edə bilmədik."
Futbolçu qrupdan çıxma şanslarının da hələ qaldığını vurğulayıb.
"Anderlext"lə səfərdə çətin oyunumuz var. Düşünürəm ki, hələ heç nə itirilməyib. Növbəti turda səfərdən yaxşı nəticə ilə qayıda bilsək, "Tottenhem"lə oyun barədə düşünmək olar."