“Neftçi”nin baş məşqçisi Samir Əliyev Ukraynaya getməyə hazırlaşır. Sportarena.az xəbər verir ki, gənc mütəxəssisin səfərdə məqsədi “Pro” kateqoriyalı kurslarda iştirak etməkdi.
Bununla bağlı Ukrayna Futbol Federasiyasından kluba məktub daxil olub. Ukraynada keçiriləcək məşqçilik kurslarının ilk mərhələsi 16-20 noyabr tarixləri aralığında keçiriləcək.
AFFA tərəfindən növbəti “Pro” kateqoriyalı məşqçilik kursu 2017-ci ildə təşkil olunacağından, Samir Əliyevin Ukraynaya yollanması məqsədəuyğun hesab edilib.