"Krasnodar"a uduzduq. Ancaq komandamın oyunu haqda pis nəsə deyə bilmərəm. Çünki futbolçularım özlərini yaxşı tərəfdən göstərdilər. Uğurlu nəticə üçün əlimizdən gələni etdik. Lakin "Krasnodar" bizdən güclü idi".
Sportarena.az xəbər verir ki, bu sözləri PAOK-un baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsində "Krasnodar"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Xorvatiyalı mütəxəssis qrup mərhələsinin qarşıdakı iki oyununda mütləq qələbə qazanmalı olduqlarını bildirib: "Qrup mərhələsində cəmi 3 xal toplamışıq. Hərçənd daha artığına layiq idik. "Krasnodar"la oyunda yaxşı çıxış etdik. Məğlubiyyətə layiq deyildik. Ən azı bir xal qazanmalı olduğumuzu düşünürəm. Ancaq qrupdan çıxmaq şansımız hələ də qalır. Bunun üçün "Qəbələ" və "Borussiya" ilə oyunlarda mütləq qələbə qazanmalıyıq".
Qeyd edək ki, PAOK Avropa Liqasında növbəti matçını noyabrın 26-da, evdə "Qəbələ"yə qarşı keçirəcək.